artıq həftədə 2 dəfə olmaqla birbaşa , tək istiqamət 99€ , gediş-gəliş cəmi 169 € Bolqarıstanın Sofiya şəhərinə uçur. Tam 3 saat rahat uçuşla gəldik ✈️ Avropaya birbaşa və tez keçid çox rahatdır! VİZA : Bolqarıstan Şengenə yeni keçib, bu səfirlikdən Viza almaq çətin olmayacaq. Təbii ki, digər aktiv vizanızla da ( məndə bu cür oldu) gələ bilirsiniz. Bolqarıstandan asanlıqla Yunanıstan, Rumınıya kimi yaxın ölkələrə də keçmək mümkündür. Hava limanından mərkəzə 20 dəqiqə məsafə ? Şəhər haqqında storilərimi qaçırmayın ?? Qeyd : Kampaniya 19 iyuna qədər davam edir. Uçuş tarixləri: 25 oktyabra qədər olan biletlərə keçərlidir
Ayın 7-si AZAL - Azerbaijan Airlines Bakı-Sofiya birbaşa reysini həyata keçirməyə başladı və bura səyahət bloggeri olaraq dəvət aldım. Təşəkkür edirəm. Dünən rəsmi tədbirdə Bolqarıstandakı səfirimiz cənab Hüseyn Hüseynov da iştirak etdi, bizimlə xoş bir ünsiyyət yaratdı. Gələk uçuşa: 3 saatlıq uçuş həftədə iki dəfə - cümə və çərşənbə axşamları həyata keçiriləcək. Qiymətlər: 19 iyuna kimi davam edəcək bir kampaniya var ki, onun çərçivəsində qiymətlər bir tərəfə 99 avro, gediş-gəliş 169 avro təşkil edir. Bolqarıstan Qara dəniz sahillərində yerləşdiyindən və Varna, Burqas kimi kurort şəhərləri olduğundan yayda qiymətlər qalxır. Bolqarıstan may ayından şengen vizaya keçid etdi. Yəni gəlmək üçün şengen viza tələb olunur. Bolqarıstan səfirliyindən aldığım viza üçün 35 avro ödəniş etdim. Sofiya❤️ İnternetə baxsan düşünərsən geridə qalmış rus şəhəridir. Halbuki elə deyil. Heyran oldum bu şəhərə: 1. Yaşıllıq içində, dağlar əhatəsində - havasına çox gözəl təsir edir 2. Binalar, memarlıq göz oxşayır. 3. Dillərində çoxlu türk sözləri var ki, bu da təbii haldır. 4. Yeməklər İstanbuldan çox dadlıdır. 5. Əhali müasir, gülərüz, əylənməyi, vaxt keçirməyi sevən biridir. Bu gün baxıb dedim ki, kaş bura daha tez gələrdim. Əyləncəni sevənlər üçün gecə həyatı da var. Bu uçuş sizə yaxın Avropa şəhərlərinə daha uyğun qiymətə keçid etməyə də kömək edəcək. Xeyirli olsun.
Hai ca la destinatia asta nu v-ati gandit pana acum! Care mergi in Azerbaijan vara asta? Noi ne organizam deja plecarea si mergem cu copiii in capitala Azerbaijanului! ? Ai zboruri DIRECTE catre Baku cu AZAL - Azerbaijan Airlines, de la 159 euro dus-intors! "Tinutul de foc", o destinatie pentru aventurieri, mai rar intalnita la pretul asta, cu zbor direct! Ce nu stiai? Baku, capitala Azerbaijanul sta sub nivelul marii si are chiar o mica Venetie in centrul orasului, unde te poti plimba cu gondola. Dar nu e tot, vulcanii noroiosi de la Gobustan sau "focurile vii" de la Yanar Deg sunt doar cateva motive solide sa descoperi coltul asta de lume, cunoscut inca din timpurile rutelor comerciale spre imperiul roman. Despre mancare, numai de bine! P.S. Engleza nu prea se vorbeste in Baku, asa ca invatam putina azerbaijana, intre timp. TAL Aviation Romania
Naxçıvana gediş-gəliş yenə xeyli çətinləşib. Naxçıvan sakinləri bildirir ki, təyyarə biletlərində növbəti dəfə xaos yaşanır. Mənbəmiz bildirir ki, "Təyyarə biletlərinin çoxunu turizm şirkətlərinə satırlar, bundan əziyyət çəkən isə Naxçıvana getmək istəyən yerli əhalidir. Biletlər qara bazarda normal qiymətindən xeyli baha satılır. Hava limanında əsasən qadınlar, qocalar və uşaqlar çox əziyyət çəkir. Bəzən Naxçıvana bilet tapmaq üçün gecədən səhərə qədər hava limanında gözləyən vətəndaşlar olur. Amma nədənsə təyyarə havaya qalxanda məlum olur ki, xeyli boş yerlər var imiş. Çox maraqlıdır, həmin boş yerlərin bileti niyə satılmır?".
Yaşıllıq içində itib batan Sofiya gah doğma Qəbələni xatırlatdı, gah da firəng Salonikini. Hər haranı xatırlatdısa da uzun zaman sonra ciyərlərim gözəl havanı içinə çəkmiş oldu - Abşeron bağlarının sərin yay havası yadıma düşmüşdü. Hər şəhər və ölkə ilə ilk görüşmə çox önəmlidir. Səyahət fəlsəfəmdə və Bolqarıstan və Sofiya ilə bu, sınaqdan çıxmış oldu. Şəhərdə həm antik dünyanı, həm Osmanlını, həm öz tarixlərini duymaq mümkündür. Lakin bir gün Sofiya nədir sənin üçün soruşulsa, ən qədim, IV əsrdə tikilmiş və Böyük Konstantinin ilk baptist mərasimi keçirdiyi Rotondo və ya Müqəddəs Georgiy məbədinin gümbəzi altından nəzərlərini sənə yönəldən İsanın təsviri və “hava”sı deyərəm…Nəsə başqa dünya idi o hava… Həm Rotonda, həm Boyanski məbədləri erkən xristian freska mədəniyyətinin ən bariz nümunələrini özündə əks etdirir. Kadı Efendi camisindən isə özəl bir müsahibə almışam ki, onu da vlogla yanaşı bura ayrıca yükləyəcəm?? Sofiya üzrə gəzimiz davam edəcək? P.S. Sofiyaya @azerbaijanairlines ilə birbaşa uçub gələ bilərsiniz. 19 iyuna kimi bir tərəf üçün gediş haqqı 99 avro, gediş-gəliş üçün gediş haqqı 169 avro təşkil edir. Gəlmək üçün şengen viza tələb olunur. Yoxunuzdursa, Bolqarıstan səfirliyinin özündən 35 avro rüsum ödəməklə ala bilərsiniz.